Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar bahalaşaraq 48,90 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar artaraq 51,82 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,15 dollar bahalaşaraq 52,95 dollar təşkil edib.