Bu gün dünya bazarlarında neftin qiyməti, demək olar ki, heç bir dəyişikliyə uğramayıb.
Teleqraf.com xəbər verir ki, Bakı vaxtı ilə saat 19:30-a olan məlumata görə, “Brent” markalı neftin may fyuçersinin 1 barrelinin qiyməti 50,53 dollardır.
Bu göstərici səhər alqı-satqı sessiyası başlayan anda qeydə alınmış rəqəmdən 0,03 dollar, yaxud 0,06% aşağıdır.