“Azərbaycanda 2004-cü ildən bəri tarixi əhəmiyyət daşıyan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla həyata keçirilməsi ölkədə yeni reallıqlar yaradıb”.
Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin deputatı Xanhüseyn Kazımlı deyib.
Deputat bildirib ki, hazırda ölkənin hər bir bölgəsi istər abadlığı, istərsə də zəruri infrastruktur təminatı baxımından kifayət qədər yüksək səviyyəsi ilə diqqəti cəlb edir.
Onun sözlərinə görə, regionlarda davamlı şəkildə insanların məşğulluq imkanları artırılır:
“Təbii ki, aqrar sahənin inkişafı da əhalinin məşğulluğunun artırılmasında vacib rol oynayır. Yeni su anbarların və suvarma sistemlərin tikilməsi, yol infrastrukturunun yenidən qurulması, enerji stansiyalarının və nəql xətlərinin müasirləşməsi, yeni texnikaların alınması və sair işlərin icra olunması, regionlarda pambıqçılığın, baramaçılığın, tütünçülüyün və digər sahələrin inkişafına təkan verib.
Bu, həm də ölkədə işsizlik probleminin birdəfəlik həll olunması üçün yeni imkanlardır. Xüsusilə pambıqçılığın inkişaf etdirilməsi hər şeydən əvvəl sosial layihədir. Əgər on minlərlə insan pambıqçılıqda məşğul olaraq evinə qazanc apara bilirsə, bu insanların güzəranının yaxşılaşmasına xidmət etmək deməkdir”.
Səxavət