3 Aprel 2017 10:55
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayda Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətləri rəhbərlərinin görüşü keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov Bakı-Tbilisi-Qars layihəsinin gömrük məsələləri üzrə üçtərəfli texniki görüşündə deyib.

Ş.Bağırov qeyd edib ki, görüşdə dəmiryolu dəhlizinin istismara verilməsindən sonra gömrük orqanlarının fəaliyyət formaları müəyyən ediləcək: "Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi üzrə işlərin böyük əksəriyyəti artıq görülüb, Gürcüstan və Türkiyə ərazisində cüzi işlər qalıb. Bu da yaxın aylarda başa çatacaq. Mayda Bakıda gömrük orqanları rəhbərlərinin görüşü baş tutacaq və müvafiq memorandum imzalanacaq".


Müəllif:

Oxşar xəbərlər