Azərbaycanın 92 ticarət markası “Made in Azerbaijan” brendi altında müəllif hüquqları ilə qorunur.
Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patentlər üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda 940 standart mövcuddur: “Onlardan 45 faizi beynəlxalq standartlara uyğunlaşdırılıb”.
R.Həsənov həmçinin qeyd edib ki, Komitə texniki reqlament haqqında qanun layihəsini Milli Məclisə təqdim edib.