Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Türkiyə İqtisadiyyat Nazirliyi nəzdindəkiTürkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akat bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfindən Türkiyədə reallaşdırılan kiçik və böyük həcmli yatırımlarım məbləği 2020-ci ilə qədər 20 milyard dolları keçəcək.
DEİK-in bu gün Türkiyədə təşkil etdiyi azərbaycanlı İş adamları ilə görüşə Türkiyədən Selçuk Akat, "The European Azerbaijan Society"in (TEAS) Türkiyə nümayəndəsi Rəna Rzayeva və "PASHA Bank"ın baş katibi Cenk Eynehan qatılıblar.
Akat çıxışında bildirib ki, 2000-ci ildə Azərbaycan ilə Türkiyə arasında ticarət dövrüyyəsinin həcmi 326 milyon dollar olub. 2006-cı ildə bu rəqəm 1 milyard 35 milyon dollar, 2013-cü ildə isə 3 milyard 300 milyon dollar təşkil edib. 2016-cı ildə isə ticarət dövrüyyəsi azalaraq 1 milyard 600 milyon dollar olib. 2017-ci ilin ilk 5 ayı üçün göstərici 650 milyon dollardır.
Akat qeyd edib ki, Türkiyəyə yatırılan investisiyada SOCAR-ın payı daha yüksəkdir: "İnvestisiyanın mövcud həcmi potensialdan daha aşağıdır. Azərbaycan tərəfindən Türkiyədə reallaşdırılan kiçik və böyük həcmli yatırımlarım məbləği 2020-ci ilə qədər 20 milyard dolları keçəcək. SOCAR-ın İzmir Aliağada 17 milyard dollarlıq yatırımı xüsusi qeyd edilməlidir".
TEAS-ın Türkiyə üzrə nümayəndəsi Rəna Rzayeva qeyd edib ki, Azərbaycanı hər kəs neft ölkəsi kimi tanısa da, turzim və logistik potensial daha yüksəkdir.