Dünya birjalarında neft bahalaşıb.
Teleqraf.com xəbər verir ki, İCE London birjasında “Brent” markalı neft 0,33 faiz artaraq barreli 51,14 dollar olub.
WTI markalı neftin sentyabr fyuçersi isə 0,25 faiz bahalaşaraq barreli 48,87 dollardan satılıb.
Azərbaycan nefti də bahalaşıb.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azəri Layt" markalı xam neftin 1 barrelinin qiyməti isə 3,49 dollar artaraq 52,51 dollar olub.