30 Noyabr 2017 20:59
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qlobal səviyyədə yaranmış yeni şəraitdə bank dələduzluğunu, müxtəlif maliyyə fırıldaqlarını həyata keçirmək və onu gizlətmək daha asandır".

Teleqraf.com xəbər verir ki, bu barədə Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.

Onun sözlərinə görə, hazırda cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsi (PL/TM) ilə məşğul olmaq çox asanlaşıb: "Bunun nəticəsində cinayətləri törədənlər və müəyyən təşkilatçıları ilə mübarizə hədsiz çətinləşib".

Palata sədri deyib ki, PL/TM-ə qarşı mübarizənin gücləndirilməsi zərurəti maliyyə bazarları subyektlərində, o cümlədən banklarda, sığorta şirkətlərində aktuallığını qoruyur. V.Novruzov vurğulayıb ki, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsi hər bir ölkənin milli və iqtisadi təhlükəsinə ciddi zərbə vurur.

"Təəssüf hissi ilə qeyd edirəm ki, bəzi sərbəst auditor təşkilatları və auditorlar bu sahədə ciddi nöqsanlara yol verməkdədirlər. Bu isə nəticədə auditə ictimai etimadın azalmasına səbəb olur", - deyə o vurğulayıb. /APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər