18 Dekabr 2017 13:40
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kapital Bank 17 dekabr – Müdafiə Sənayesi Nazirliyinin yaranması günü münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir.

Teleqraf.com xəbər verir ki, aksiya çərçivəsində Kapital Bank-dan məvacib alan nazirlik əməkdaşlarına illik faiz dərəcəsində 2%-dək endirim edilir. 8 000 AZN-dək olan kreditlər isə zaminsiz verilə bilər. Aksiya 31 yanvar 2018-ci il tarixədək keçirilir.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqını Kapital Bank-dan alanlara şamil edilir.

Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı – https://kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər