Bir şəxs hansı bankdan kredit götürməsindən asılı olmayaraq, həmin bank kredit götürəndən zamin tələb edirsə, kreditin ödənilməsində onu götürənlə zamin olan şəxs eyni hüquqludur.
Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquqşunas Vüqar Səfərli deyib.
Onun sözlərinə görə, yəni zamin də bankdan götürülən məbləğin qaytarılmasına cavabdehdir və kredit götürən krediti ödəməzsə, gecikdirərsə, zamin birmənalı şəkildə tələb olunan məbləği ödəməlidir:
“Amma subsidiar qaydalara əsasən, zamin olan şəxs həmin krediti qaytardıqdan sonra regret qaydada əsas borclunu məhkəməyə verərək həmin pulun qaytarılmasını tələb edə bilər. Yəni bu proses mülki qanunvericiliklə tənzim olunur”.