2017-ci ilin dekabr ayında Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə 225 milyon 379,6 min manat daxil olub.
Teleqraf.com-un xəbərinə görə, Komitənin rəsmi saytında yerləşdirilən məlumatda qeyd edilib ki, dekabr ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 73 mln. 905,2 min manat, ƏDV 132 mln. 850,2 min manat, aksizlər üzrə 15 mln. 674,7 min manat, yol vergisi üzrə isə 2 mln. 949,5 min manat təşkil edib.