12 Fevral 2018 14:10
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə Azərbaycanda ümumi daxili məhsul 1,5 faiz arta bilər.

“Moody’s” beynəlxalq reytinq agentliyinin analitikləri belə hesab edirlər.

“İqtisadi diversifikasiyanın perspektivləri” adlı sənəddə qeyd olunur ki, bu il Azərbaycanda tədiyyə balansı ÜDM-in 1%-i olmaqla profisitlə icra olunacaq. Bununla yanaşı, tədiyə balansının profisiti dövlət borcunun sabitləşməsinə imkan verəcək.

Bildirilir ki, 2017-ci ilin əvvəlində neftin qiymətinin artması Azərbaycan iqtisadiyyatının sabitləşməsinə dəstək verdi: “Neftin 65-70 dollar-barel səviyyəsində olan cari qiyməti Azərbaycanın iqtisadi inkişafına dəstək verəcək"./Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər