Azərbaycan Mərkəzi Bankı 03 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, aprelin 3-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 2,0926 manat təşkil edir.
1 türk lirəsi 0,4272 manat, 1 rus rublu 0,0296 manat, 100 İran rialı 0,0037 manat, 1 gürcü larisi isə 0,7091 manatdır.