7 İyun 2018 14:12
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda şəhərlərarası sərnişindaşıma ilə bağlı tariflərdə hər hansı dəyişiklik gözlənilmir.

Teleqraf.com xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini sərnişindaşıma zamanı kassadan alınan biletlə, sürücülərin sərnişinlərdən istədikləri məbləğ arasındakı fərqin olmasına da aydınlıq gətirib. O, bunun individual yanaşma olduğunu diqqətə çatdırıb:"Daşıyıcı özü səhlənkarlıq edərək belə addım atırsa, bunu bütün daşıyıcılara şamil etmək düzgün deyil. Sözügedən problemə fərdi şəkildə baxılmalıdır".

Onun sözlərinə görə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanan proqramda regionlara sərnişin daşınmasında istifadə edilən avtobusların dəyişdirilməsi və daha da yaxşılaşdırılması nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər