9 İyun 2018 11:17
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu cür tədbirlər Azərbaycanda aparılan islahatların dünya ictimaiyyətinə çatdırılması üçün bpyük əhəmiyyət daşıyır”.

Teleqraf.com xəbər verir ki, bunu Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitində keçirilən “Enerji təhlükəsizliyi” panelində Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycan bütün imkanlardan istifadə edərək özünün iqtisadi inkişafını reallaşdırır. Onun sözlərinə görə, iqtisadi inkişafın əsasında Azərbaycan prezidentinin həyata keçirdiyi sosial-iqdisadi siyasət dayanır. Sahib Məmmədov qeyd edib ki, iqtisadi siyasətin əsas prioriteti investisiya mühitinin yaxşılaşdırılmasıdır.

O bildirib ki, bu gün dünyada iqtisadi katalikizmlər baş verir: "Azərbaycan dünyanın bir hissəsi olduğu üçün bunun təsirini az da olsa hiss edir. Lakin Azərbaycan prezidentinin sosial-iqtisadi siyasəti ölkə iqtisadiyyatının rəqabətə davamlılığını təmin edir”.

Nazir müavini Azərbaycan iqtisadiyyatının inkişafı və biznes mühitinin yaxşılaşdırılması sahəsində əldə edilən uğurların nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında əksini tapdığını bildirib.
O, gömrük və vergi sahəsində əhəmiyyətli addımlıarın atıldığını diqqətə çatdırıb. Nazir müavini vurğulayıb ki, aparılan bütün islahatlar və atılan addımlar zamanı dünya ölkələrinə ən yaxşı nəticələr göstərən mexanizmlərdən istifadə olunur.

Sahib Məmmədov bu ilinin birinci yarısında ümumi daxili məhsulun 1,2, qeyri-neft ümumi daxili məhsulun isə 2,1 dəfə artdığını deyib.


Müəllif: Teleqraf.com