Türkiyədə evinin üstünə Günəş paneli quraşdıranlar və istehsal olunan elektrik energisinin artığını satanlar vergidən azad olunacaqlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Maliyyə Nazirliyinin Gəlirlər Departamenti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, məqsəd tükənməyən alternativ enerji istehsalı mədəniyyətini ölkədə genişləndirməkdir.
Vətəndaş satdığı elektrik enerjisindən əldə etdiyi vəsaitə görə dövlətə heç bir vergi ödəməyəcək.