13 İyun 2018 15:10
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ilin 5 ayı ərzində Dövlət Gömrük Komitəsindən vergi və dövlət rüsumlarından büdcəyə 1 milyard 325 milyon 640 min manat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsi Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin rəisi Əzizağa Hüseynov deyib.

O bildirib ki, Gömrük Komitəsinin qarşıya qoyduğu proqnoz 964 milyon 710 mindir.

Xatırladaq ki, ötən il üçün bu göstərici 2 milyard 608 milyon 779 min daxil olub.

Əzizağa Hüseynov deyib ki, ölkədə maksimum gömrük rüsumları 15 faiz təşkil edir və gömrük rüsumlarına artım müşahidə olunmur.

Onun sözlərinə görə, ölkədə bəzi mallara spesifik rüsumlar tətbiq edilir: "Ümumiyyətlə məhsullara görə rüsumlar dəyişə bilir. Məsələn, məhsuldan asılı olaraq 100 manata 15 və ya 10 faiz gömrük rüsumu tətbiq edilə bilir. Tətbiq edilən maksimum gömrük rüsumu 15 faizdən çox deyil.

Gömük rüsumları dərəcələrinə görə 3 qrupa ayrılır - advalor, spesifik və kombinə edilmiş. Sonuncu adından göründüyü kimi, əvvəl qeyd edilən hər iki dərəcə növünü özündə birləşdirir. Spesifik rüsumlar xüsusilə spirtli içki, tütün məhsulları, avtomobillərə tətbiq edilir. Digər məhsullara isə advalor rüsumlar tətbiq olunur".

Əzizağa Hüseynov bildirib ki, mövsümi gömrük rüsumlarına xüsusilə kənd təsərrüfatı məhsulları daxildir: "Kənd təsərrfatı məhsulların maksimum gömrük rüsumu (15 faiz) tətbiq edilir. Onu da bildirim ki, mövsümi kənd təsərrüfatı məhsullarına maksimum 6 ay müddətinə bu rüsum tətbiq edilir"

Əzizağa Hüseynov kərə yağına qoyulan dövlət rüsumunun 15 faizdən 10 faizə endirildiyini də diqqətə çatdırıb.


Müəllif: Könül

Oxşar xəbərlər