17 İyul 2018 23:39
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrda ABŞ-da qeyd olunacaq mid-term öncəsi (“mid-term” ABŞ-da prezidentin səlahiyyət müddətinin tən yarısına deyilir) Tramp administrasiyası anbarlarında olan nefti mərhələli şəkildə bazara çıxararaq “qara qızıl”ın qiymətinə təsir etməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

O qeyd edib ki, “Bloomberg” agentliyinin məlumatına görə, test olaraq 5 milyon barelin, daha sonra 30 milyon barelin bazara çıxarılması müzakirə olunur:

“Hələlik konkret qərar qəbul edilməsə də, hətta daha böyük həcmdə satışların olması istisna edilmir. Dünya bazarında “Texas” markalı neftin bir bareli 68 dollara, “Brent” markalı neft isə 72 dollaradək ucuzlaşıb. ABŞ anbarların qapağını açacağı halda isə neft bazarında daha ciddi azalmalar proqnozlaşdırılır. Ağ Evdəki müzakirələr reallaşarsa o zaman yeni neft şokunun yaşanması qaçılmaz olacaq”.


Müəllif: Səxavət Həmid