13 Avqust 2018 18:44
1 673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Neft Fondu bu il ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarından əldə olunan gəlirlərini açıqlayıb.

Fonun İctimaiyyətlə əlaqələr departamentindən Teleqraf.com-a verilən məlumata görə, Azəri-Çıraq-Günəşli yatağından bu il avqustun 1-dək 5 621 mln. ABŞ dolları gəlir əldə edilib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışı üzrə bu il avqustun 1-dək 94 mln. ABŞ dolları gəlir əldə olunub.

Azəri-Çıraq-Günəşli yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 134 107 mln. ABŞ dolları (01.08.2018 tarixinə), Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən): 2 506 mln. ABŞ dolları (01.08.2018 tarixinə) olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər