11 Sentyabr 2018 17:38
2 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin birinci yarısında Azərbaycan Gürcüstan iqtisadiyyatına 136,5 milyon dollar sərmayə qoyub.

Teleqraf.com xəbər verir ki, bu məlumat Gürcüstan Milli Statistika Xidmətinin hesabatında yer alıb.

I rübdə investisiya 56 milyon dollar, ikinci rübdə isə 80,5 milyon dollar təşkil edib. Beləliklə, bu ilin ilk yarısında Azərbaycan Gürcüstanın ən böyük investoru oldu.

Çexiya (77,9 milyon dollar) və Hollandiya (97,8 milyon dollar) da ilk üç investor arasında yer alıb.


Müəllif: Mənsur Rəğbətoğlu