Türkiyənin yaxın 1 ildə qaytarmağa məcbur olduğu borc miqdarı 175 milyard 200 milyon dollardır. Bu borcun 18,1%-ni dövlət qurumları, 0,9%-ni Mərkəzi Bank, 81%-ni özəl sektor qaytarmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
Ekspertin sözlərinə görə, Türkiyənin ümumi xarici borcu (dövlət, özəl) 500 milyard dollara yaxınlaşır:
“Yəni, keşiş Branson məsələsi Türkiyədə problemləmlərin görünən hissəsidir, qardaş ölkənin iqtisadiyyatında ciddi sistem və struktur problemi var. Son illərdə borca söykənən böyümə modeli seçilmişdi, dövlət və özəl sektor xaricdən borclanırdı, daxildə isə istehlak kreditləri ilə xalq borc yükünün altına girirdi. Böyümənin belə qeyri-sağlam modeli bir gün çökməli, lirə dəyərdən düşməli idi”.
Natiq Cəfərli hesab edir ki, mövcud problemlər həll olunmasa, Türkiyə iqtisadiyyatındakı böhran uzun zaman davam edəcək.