“Doing Bisness 2019”-cu il hesabatına görə, Azərbaycan MDB məkanında ən sürətlə irəliləyən ölkədir. Hazırda ölkəmiz bu hesabat üzrə 32 pillə irəliləyib.
Teleqraf.com-un xəbərinə görə, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Doing Business 2019 hesabat” konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu nəticələr ölkəmizdə aparılan islahatların göstəricisidir:
“Azərbaycan dünyada ən çox islahat aparan ölkədir. Azərbaycanda sonra ikinci yerdə Türkiyə, üçüncü yerdə Çin durur. Ən əsası odur ki, Azərbaycanın əldə etdiyi nailiyyət biznes həyatında hiss edilir. “Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada ikinci yerə yüksəlib. “ Biznesə başlama" indikatoru üzrə ilk onluğa düşməyə nail olub. Eyni zamanda “Əmək bazarının tənzimlənməsi” indikatoru üzrə də aparılmış islahatlar Dünya bankının ekspertləri tərəfindən qəbul edilib”.
V.Qasımlı bildirib ki, apardığı islahatlara görə Azərbaycan postsovet məkanında ikinci yerdədir. Dünyada isə Azərbaycan top islahatçı ölkə kimi dəyərləndirilib.