20 Fevral 2019 23:55
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu il yanvarın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 375,4 milyon manat təşkil edib.

Teleqraf.com-un məlumatına görə, milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrunə nisbətən 24,1 faiz artıb, onların əhaliyə aid bank əmanətlərinin ümumi məbləğində xüsusi çəkisi isə il ərzində 33,5 faizdən 37,5 faizədək yüksəlib.

Xarici valyutada olan əmanətlər 2018-ci il yanvarın 1-i ilə müqayisədə 4,1 faiz artıb.


Müəllif: Teleqraf.com