1 Sentyabr 2014 14:23
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Beynəlxalq Əmək Təşkilatının (BƏT) mütəxəssislərinin iştirakı ilə gənclərin məşğulluğunun dəstəklənməsi sahəsində BƏT-lə birgə həyata keçirilən pilot layihələrin icra vəziyyəti və gələcək əməkdaşlığa dair məsələlər müzakirə olunub.

Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Telqraf.com-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkəmizdə məşğulluq siyasətinin təkmilləşdirilməsi və həyata keçirilməsində BƏT-lə əməkdaşlığın önəmini vurğulayıb, xüsusən gənclərin məşğulluğunun dəstəklənməsi üzrə birgə həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edib. Nazir müavini ölkəmizin əhalinin, o cümlədən gənclərin məşğulluğu sahəsində uğurlu təcrübəsindən söz açaraq, BƏT-in rəsmi saytında da Azərbaycanın gənclərin səmərəli məşğulluğunun təmin olunması məsələləri ilə bağlı dolğun hüquqi bazası, praktik iş təcrübəsi barədə məlumatları təqdim olunan 41 ölkənin sırasına daxil edildiyini xatırladıb. BƏT-in məşğulluq məsələləri üzrə baş mütəxəssisi Olqa Kulayeva Azərbaycanda gənclərin əmək bazarına çıxışının asanlaşdırılması istiqamətində aparılan işlərin məmnunluq doğurduğunu, bu sahədə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildirib. O, həmçinin ölkəmizdə növbəti məşğulluq strategiyasının hazırlanması işlərinə də metodiki və ekspert dəstəyinin göstərilə biləcəyini diqqətə çatdırıb.

Görüşdə ilk dəfə işaxtaran ali təhsilli gənclərin subsidiyalı əsaslarla məşğulluğunun, habelə Göyçay rayonunda gənclərə sahibkarlıq vərdişləri aşılanmaqla onların özünüməşğulluq imkanlarına malik olmasının dəstəklənməsi məqsədilə BƏT-lə birgə icra edilən pilot layihələrin icrası vəziyyəti müzakirə olunub. Əldə olunan müsbət nəticələr əsasında bu layihələrin gələcəkdə genişləndirilməsinin məqsədəuyğun olduğu bildirilib və gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Naibə


Müəllif:

Oxşar xəbərlər