30 Mart 2019 11:17
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,22 dollar və yaxud 1,78% artıb.

Teleqraf.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 69,74 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

***

10:18

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 28-də 68,53 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,93 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,95 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,71 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,91 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 66,52 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel azdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər