“Naxtel” “ElTell”in “4-G” texnologiyasını tezliklərini və lisenziyalarını artıq alıb".
Teleqraf.com saytı xəbər verir ki, bunu jurnnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, şirkət RİTN-nə etdiyi müraciətində “Naxtel”in yalnız Naxçıvanda deyil, bütün Azərbaycanda yayılmasını istədiklərini deyib: “Birinci mərhələdə bu operatorun rouminqlərini təşkil edəcəyik. Bu operatorun bütün Azərbaycanda yalnız rouminq əsasında işləməsini istəyirik. İkinci mərhələdə isə “Naxtel”in bütün ölkədə yaymlanması və lisenziyalaşdırılması məsələsinə də baxacağıq. Əgər tezliklərin toplanması olmasa, bu imkanları onlara verəcəyik.”