2 İyul 2019 17:42
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının baş katibi Əlirza Əşrəf bu gün Azərbaycana gəlib.

Bu barədə Teleqraf.com-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfərdə Ə.Əşrəfi İran parlamentinin Proqram və Büdcə Komissiyasının üzvləri müşayiət edir.

İranlı heyətin iqtisadiyyat naziri Şahin Mustafayev və Milli Məclisin sədr müavini Ziyafət Əsgərovla görüşü nəzərdə tutulub.

Nümayəndə heyəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə yaxından tanışlığı planlaşdırılıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər