30 Aprel 2014 15:22
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Günəşli" yatağındakı 19-cu özüldən 37 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Teleqraf.com ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, layihə dərinliyi 3650 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılır.

Geoloqların hesablamalarına görə, quyudan sutkada 15 ton kondensat və 150 000 kubmetr qaz hasil ediləcək.

Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçiriləcək.


Müəllif: