19 Sentyabr 2014 17:02
1 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şamaxıda vətəndaşları qəbul edəcək.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Aydın Əliyev sentyabrın 26-da saat 11:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev küçəsi 27A) bu bölgədən olan vətəndaşlarla görüşəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Şamaxı, Qobustan, Ağsu rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Naibə


Müəllif: