Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,47 ABŞ dolları və yaxud 0,73% artıb.
Teleqraf.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,42 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.