30 İyun 2020 20:49
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya-Niderland birgə neft-qaz şirkəti olan “Royal Dutch Shell” aktivlərinin balans dəyərini 22 milyard dollara endirə bilər.

Teleqraf.com xəbər verir ki, şirkət ikinci rübdə balans dəyərini 15 milyardla 22 milyard dollar arasında azaldacaq.

Neft şirkətinin aktivlərinin dəyərini bu qədər aşağı salması, koronavirus böhranının neft sənayesindəki investorlara nə qədər ağır təsir etdiyini göstərir. Pandemiya səbəbindən enerji nəhənginin böyüyən fəaliyyətində zərər görməyən heç bir hissə qalmayıb. Neft istehsalı yavaşlayıb, yanacaq satışları azalıb və maye təbii qazdan, neft-kimya məhsullarına qədər hər şeyin ixracı mənfi təsirə məruz qalıb.
İkinci rübün təsirləri də uzunmüddətli ola bilər. Çünki uzunmüddətli qiymət proqnozlarındakı azalmalar aktivlərin bütün dünyada dəyərlərini aşağı salmasına təkan verir.

Analitiklər hesab edir ki, pandemiya nəticələrə təsirini göstərir. Ancaq buna baxmayaraq, vəziyyət aprel ayının sonuna nisbətən daha yaxşıdır.

Tələbin azalması təəccüblü deyil. Neft nəhənglərinin mənfəətləri ilk rübdə kəskin şəkildə aşağı düşdüyünə görə, mart ayında pandemiyanın təsiri tam hiss olunmağa başlamışdı. Nəticələrin daha da pisləşəcəyi barədə şirkətlərə xəbərdarlıq edilmişdi.

“Shell”in açıqlamasına görə, tələb pandemiyadan qaynaqlanaraq aşağı düşüb. Ötən il şirkətin neft məhsullarının satış həcmi gündəlik 6,6 milyon barel olub. Şirkət ikinci rübdə satış həcmlərinin 4,5 milyon barelə enəcəyini gözləyir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər