ABŞ-da xam neft ehtiyatları iyulun 17-də əvvəlki həftəyə nisbətən 7 milyon 544 min barel artıb.
Teleqraf.com Amerika Neft İnstitutuna (API) istinadən xəbər verir ki, eyni həftə ABŞ-da qaz ehtiyatları 2 milyon 19 min barel, distillə edilmiş məhsul ehtiyatları isə 1 milyon 357 min barel azalıb.
Enerji bazarlarında Brent markalı neftin bir barelinin qiyməti 2,64 faiz artaraq 44.32 dollara, Qərbi Texas yüngül neftinin qiyməti isə 2,62 faiz artaraq 41.90 dollara satılıb.