7 Avqust 2020 19:25
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq 2 ay ərzində neft hasilatını məhdudlaşdıracaq.

Teleqraf.com xəbər verir ki, bunu İraqın Neft naziri İhsan Əbdül Cabbar deyib.

Nazir bildirib ki, İraq Neft İxrac Edən Ölkələr Təşkilatının və müttəfiqlərinin (OPEC +) qərarına əməl etmək üçün avqust və sentyabr aylarında hasilatı gündə 1,25 milyon barel azaldacaq.

İhsan Əbdül Cabbar gündəlik istehsalın azalmasının daha 400 min barel artırılacağını deyib.

Qeyd edək ki, İraq iyun və növbəti aylarda istehsalın daha da azaldılması üçün OPEC + ilə razılaşmışdı.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər