27 Avqust 2020 10:09
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Amazon”un qurucusu və sahibi Cef Bezos (Jeff Bezos) dünyada 200 milyard dollarlıq sərvətə yiyələnən ilk insan oldu.

Teleqraf.com xəbər verir ki, Cef Bezos uzun müddətdir dünyanın ən varlı insanları siyahısında birinciliyi itirməyib.

Dünyada ən çox var-dövlətə sahib insanlar arasında sərvətini 200 milyard dollara çatdıran Bezosa məxsus “Amazon”un səhmləri 3 500 dollara yaxın qiymətə satılır.

“Amazon”un bazar dəyərinin isə təxminən 1,68 trilyon dollara qədər artdığı təxmin edilir.


Müəllif: Yeganə Oqtayqızı