13 Oktyabr 2014 07:22
2 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Synergy Group”un yeni layihəsinə əsasən, “Azerbaijan Fibro Cement” (AFC) zavodunda Avstriya texnologiyalarına əsaslanan tullantısız istehsal xətti qurulacaq.

Şirkətdən Teleqraf.com-a bildiriblər ki, müəssisədə müxtəlif rənglərdə və çeşiddə fasad və dam örtükləri, daxili arakəsmələr, döşəmə üçün nəzərdə tutulmuş fibro sement lövhələri (lifli sement lövhələri) istehsal olunacaq. Fibro sement lövhələr insan sağlamlığına və ətraf mühitə zərəri olmayan, su və nəmişlik keçirməyən, dayanıqlı, uzunömürlü, oda davamlı, yüngül, dekorativ, istilik və səs izolyasiyası xüsusiyyətinə malik tikinti materialıdır.

AFC-nin təklif etdiyi məhsul Azərbaycanın inşaat bazarında innovativ yenilikdir. Əsas məqsəd isə bütün regionlarda dövlətin dəstəyi ilə azbest tərkibli şifer örtükləri fibro sement dam örtükləri ilə əvəz etməkdir.
Zavodun 2015-ci ilin ikinci yarısında fəaliyyətə başlaması gözlənilir.
Hazırda layihə çərçivəsində ilkin inşaat işlərini icra edəcək təşkilatın müəyyən olunması üçün tender təklifləri dəyərləndirilir.


Müəllif:

Oxşar xəbərlər