Noyabrın 19-dan 21-dək Mərakeşdə Qlobal Sahibkarlar Sammitinin 5-ci görüşü keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Teleqraf.com-a bildiriblər ki, Mərakeş Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirə ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr dəvət olunurlar.