15 Sentyabr 2020 11:50
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın texnologiya şirkəti “Nvidia” 40 milyard dollarlıq rekord satınalmaya imza atıb.

Teleqraf.com xəbər verir ki, “Nvidia” şirkətini İngiltərədə fəaliyyət göstərən çip dizayn şirkəti “ARM”i alır.

“ARM”i dörd il əvvəl Yaponyanın “Softbank”ını 32 milyard dollara almışdı.

Müqavilənin Avropa İttifaqı, ABŞ, Çin və ingilis rəqabət orqanlarının təsdiqindən sonra 18 ay ərzində tamamlanması gözlənilir. “ARM”nin texnologiyası çox sayda cihaz və smartfonda istifadə olunur. “Nvidia” şirkətin İngiltərədə qalacağını və daha çox məşğulluğu təmin edəcəyini açıqlayıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər