Dünya iqtisadiyyatı bu il 4,4 faiz nisbətində daralacaq, müsbət böyüməyə sahib olan yeganə dövlət Çin olacaq.
Teleqraf.com xəbər verir ki, bu, Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən yayımlanan “Dünya İqtisadi İcmalı” hesabatında yer alıb.
Hesabata görə, dünya iqtisadiyyatı dar vadidən çıxmaq üzrədir və buna da Çinin qlobal ticarətinin iyun ayından bəri bərpası kömək edib. Bundan əlavə, bəzi bölgələrdə COVID-19 epidemiyasının sürətlə yayılması ölkə iqtisadiyyatına ağır zərbə vurub.
Hesabatda inkişaf etmiş iqtisadiyyatların 5,8 faiz, yeni bazarlar və inkişaf etməkdə olan ölkələrin 3,3 faiz nisbətində daralacağına diqqət çəkilib.
Proqnozlara görə, Amerika Birləşmiş Ştatları (ABŞ) iqtisadiyyatı 4,3 faiz, avro bölgəsi iqtisadiyyatı 8,3 faiz və Yaponiya iqtisadiyyatı 5,3 faiz kiçiləcək. Hindistan 10,3 faiz azalma ilə ən çox daralan iqtisadiyyat arasındadır. Çin iqtisadiyyatından gözləntilər 0,9 bənd yenidən nəzərdən keçirilərək 1,9 faiz səviyyəsinə endirilib. Bu rəqəmin 2021-ci ildə 8,2 faizə çatacağı gözlənilir.