İraq və Səudiyyə Ərəbistanı OPEC-in qlobal neft bazarında həm ixracatçılar, həm də istehlakçılar üçün ədalətli və əlverişli neft qiymətləri müəyyənləşdirmək üçün qəbul edilmiş bütün qərarlara sadiq qaldıqlarını təkrarlayıblar.
Teleqraf.com xəbər verir ki, bunu İraq Baş naziri Mustafa əl-Kazimi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman deyib.
Açıqlamada tərəflərin enerji sahəsində əməkdaşlığı, təcrübə mübadiləsi və OPEC-in neft sahəsindəki mövqelərdə koordinasiyanın vacibliyi qeyd edilib.