Türkiyə birjalarında dollar 7.70 lirədən, avro isə 9.08 lirədən aşağı düşüb.
Teleqraf.com xəbər verir ki, həftə boyu düşən dollar/TL məzənnəsi günün ikinci yarısında yenidən enməyə başlayıb.
Günün birinci yarısında 7.89 səviyyəsinə yüksələn dollar/TL, günün ikinci yarısında sürətlə dəyər itirib.
7.68-ə qədər ucuzlaşan dollar yerli vaxtla 14:15-də türk lirəsinə nisbətdə bahalaşaraq 7.7120-ə çatıb. Avro isə 9.0833-ə endikdən sonra günün ikinci yarısında 9.1265-ə yüksəlib.