17 Noyabr 2020 20:25
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın aparıcı kriptovalyutası bitkoinin dəyəri 2021-ci ildə 40 000 dollar, 2022-ci ildə 55 000 dollar ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu “Mike McGlone” strateji araşdırmalar mərkəzi proqnozlaşdırır.

Noyabrın 13-ə olan məlumata görə, bitkoinin ümumi bazar dəyəri 300 milyard dollardır. Proqnozlara görə, 2022-ci ildə bitkoinin ümumi bazar dəyəri 1 trilyon dollara çatacaq.

Araşdırmada 2013-cü ildə bitkoinin ümumi bazar dəyərinin 10 milyard dollar olduğu bildirilsə də, davamlı tədarük vəziyyətinə görə virtual valyutanın hələ erkən qiymət aşkarlanması mərhələsində olduğu qeyd edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər