18 Noyabr 2020 18:45
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni növ koronavirus (COVID-19) epidemiyasının artımı iqtisadi bərpa üçün əhəmiyyətli risk yaradır. Hazırda iqtisadiyyatın maliyyə dəstəyinə ehtiyacı var.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauel deyib.

Pauel ABŞ əyalətlərinin bəzilərində karantin tədbirlərinin başladığını vurğulayıb: "Narahatlıq yaradan vəziyyət insanların pandemiyanı cilovlamaq çabalarına olan inamı itirmələri və özlərini infeksiya riski altına salacaqları düşüncəsi ilə fəaliyyətdən çəkinmələridir".

Pauel COVID-19 peyvəndi ilə bağlı xəbərlərin orta müddət üçün yaxşı təsir göstərdiyini, ancaq yaxın zamanlarda çətinlik və qeyri-müəyyənliklərin davam edəcəyini bildirib: “Bərpa prosesi başa çatmayıb, hələ uzun bir yol var. İqtisadiyyat həm maliyyə, həm də pul siyasətindən dəstək almağa davam edəcək”.

FED sədri pandemiyanın artmasından narahatlığını da ifadə edib: “Bu vəziyyət insanları iqtisadi fəaliyyətdən çəkindirə bilər. Nəticədə iqtisadiyyatı bir az da yavaşılayar.

Epidemiyanın iqtisadi təsirlərinə qarşı bankın həyata keçirdiyi proqramları ləğv etmək hələ tezdir. Uyğun vaxt gələndə - bu zamanın çox yaxında olduğunu düşünmürəm - bu vasitələri bir kənara qoyacağıq".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər