18 Noyabr 2020 16:49
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Goldman Sachs” investisiya bankı 3 ayda ikinci dəfə işçi qüvvəsini azaltmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bankın 2021-ci ildə də ixtisarlara davam edəcəyi bildirilir.

Məlumata görə, bankın ikinci turda ixtisar ediləcək yerlərin sayı 400-ü keçməyəcək.

“Goldman Sachs” da daxil olmaqla ABŞ-ın əsas bankları pandemiyanın əvvəlində kütləvi ixtisarlardan çəkinəcəklərini açıqlamışdılar. Koronavirus epidemiyası davam etdikcə sektorun dayanıqlılığı azalır.

Bank menecerləri xərcləri azaltma tədbirlərinə yenidən baxmağa başlayıblar.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər