25 Noyabr 2020 17:13
385

"İslam ölkələri tərəfdaşları ilə ticarəti milli valyutada aparmaq yönündə işləri sürətləndirməlidir".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin ( İSEDAK ) 36-cı iclasında çıxış zamanı deyib.

Prezident qeyd edib ki, milli valyutalarla ticarət iqtisadiyyat və ticarət üzərində təzyiqi aradan qaldıracaq:

"İslam ölkələri olaraq nə qədər çox istehsal etsək, verdiyimiz sözün ağırlığı bir o qədər artar. Əlavə dəyər istehsalı və ticarəti istiqamətində addımlarımızı sərtləşdirməliyik. Toplumlarımızı gənclərimizin gələcək dünyası üçün ən yaxşı şəkildə hazırlamalıyıq. Milli valyutalarla ticarət işlərini sürətləndirməliyik ki, iqtisadiyyat və ticarətimiz üzərində təzyiqlər aradan qalxsın”.


Müəllif: Yeganə Oqtayqızı