26 Noyabr 2020 15:47
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa senatında qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsinin qəbul olunması ciddi təəssüf doğurur. Bu sənəd beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi obyektiv fəaliyyətini ciddi sual altına alır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat problemin iqtisadi tərəflərinə diqqəti çəkib:

“Fransanın Qafqaz ölkələri ilə iqtisadi əlaqələri gösətrir ki, bu sənəd erməni lobbisinin təsiri ilə qəbul olunmaqla yanaşı, həm də ATƏT Minsk Qrupunun həmsədri olan ölkənin Azərbaycana birbaşa qərəzinin təzahürüdür. Belə ki, 2019-cu ildə Azərbaycanla Fransa arasındakı ticarət dövriyyəsi 787 milyon 366 dollar olub. Bu əvvəlki il ilə müqayisəsə 21 faiz artım deməkdir. 2000-ci illərin əvvələrində isə iki ölkə arasındakı ticarət dövriyyəsi hətta 2 milyard dollara yaxın idi. Fransanın Ermənistana ixracatı isə 2019-cu ildə cəmi 60 milyon dollar olub”.

Sərmayə qoyluşlarına gəldikdə, iqtisadçı qeyd edib ki, BMT-nin (UNCTAD) məlumatına görə, ötən il Ermənistana xarici sərmayə qoyluşu cəmi 254 milyon dollar olub:

“Bu da əsasən 4 ölkənin (Rusiya, Yunanıstan, Kipr və Almaniya) payına düşüb. Görndüyü kimi, iqtisadi baxımdan Fransanın regionda əsas tərəfdaşı Azərbaycan olsa da, Paris ölkəmizə qarşı qərəzli siyasətini davam etdirməkdədir”.

Maraqlıdır, əgər Fransa Ermənistanın inkişafında maraqlıdırsa, niyə o, yoxsul ölkəyə sərmayə qoymur, iqtisadi əlaqələri genişləndirmir?

Vüqar Bayramov məqsədin sadəcə Azərbaycana qarşı düşünülmüş qərəz nümayiş etdirmək olduğunu vurğulayıb: “Göründüyü kimi, hər vəchlə Ermənistanın ədalətsiz mövqeyini dəstəkləyən Fransa Senatı işğalçı ölkənin inkişafında, konfliktin beynəlxalq hüquq prinsiplərinə uyğun ədalətli həllində yox, yenidən alovlanmasında maraqlıdır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər