21 Dekabr 2020 12:39
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Sığorta Birliyi (TSB) və Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyi (ASA) iki ölkə arasında bu sektorun sürətli inkişafını təmin etmək üçün müqavilə imzalayıblar.

Teleqtaf.com xəbər verir ki, bu barədə TSB-dən məlumat verilib.

Razılaşma çərçivədə Azərbaycanda sığorta ənənələrinin yaradılması məqsədilə Türkiyə təcrübəsinin tətbiqi nəzərdə tutulur. Azərbaycan sığorta bazarında yeni məhsul strategiyasının formalaşdırılması və Türkiyənin təkrar sığorta təcrübəsindən istifadə etmək üçün işlərə başlanacaq.

TSB İdarə Heyətinin sədri Atilla Benli bildirib ki, Türkiyənin sığorta sahəsində iki əsrlik təcrübə və akkumulyasiyası Azərbaycanda sığortanın inkişafına kömək edəcək: "Türk sığorta sənayesi olaraq qardaş ölkə Azərbaycanın sığorta bazarının dünyaya inteqrasiya olması üçün hər cür dəstəyi verəcəyik. Razılaşma türk sığortaçılığı baxımından bir mərhələ kimi qiymətləndirilə bilər. Kökləri Orta Asiyaya uzanan türk cümhuriyyəti ölkələrində iqtisadi artım diqqət çəkir. Bunu daha da sağlam və sabit vəziyyətə gətirməyin yolu güclü sığorta sənayesi qurmaqdan keçir. Bu səbəblə gələcəkdə Azərbaycanla başlayan əməkdaşlığımızı bütün türk coğrafiyasına genişləndirməyi planlaşdırırıq”.

Məlumata görə, imzalanan razılaşma ilə ikitərəfli əməkdaşlıq və ortaq fəaliyyətlər çərçivəsində həyata keçiriləcək layihələrdən biri də iki qurumun təşəbbüsü və təşkilatçılığı ilə pandemiya sonrası dövrdə türk dünyası üçün ortaq sığorta forumu həyata keçirməkdir.

TSB Azərbaycanda sığorta sektorunun inkişafına töhfə vermək üçün Türkiyədə fəaliyyət göstərən 39 qeyri-həyat əməliyyatı, 21 həyat və pensiya sığortası, 3 təkrar sığorta şirkəti olmaqla cəmi 63 aktiv sığorta şirkəti ilə birlikdə sığorta ənənələrini yaratmağı hədəfləyir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər