26 Yanvar 2021 20:26
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ildə dünya bazarında neftin qiymətləri 20 faizdən çox artacaq.

Teleqraf.com xəbər verir ki, belə bir proqnoz Beynəlxalq Valyuta Fondunun (İMF) dünya iqtisadiyyatının inkişafına dair yanvar hesabatında irəli sürülüb.

Bununla belə neft qiymətlərinin 2019-cu ilin səviyyəsindən hələ də xeyli az olacağı qeyd olunur.

“Neftdən başqa xammal növlərinin də bahalaşacağı güman edilir. Belə ki, proqnozlara əsasən 2021-ci ildə daha çox metalların qiyməti artacaq” – sənəddə qeyd olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər