Belarusun Qomel vilayətinin Hoynik dairəsində yeni neft yatağı aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, “Belarusneft” dövlət şirkətinin baş direktor müavini Petr Povjik həmin ərazidə qazılan quyuda 4 200 metr dərinlikdə gündəlik 20 tonluq debit əldə olunub.
2022-ci ilədək bölgədə daha 13 quyu qazmaq nəzərdə tutulur.
Bundan əvvəl Belarusun təbii sərvətlər və ətraf mühitin mühafizəsi naziri Andrey Xudik qarşıdakı iki il ərzində neft hasilatını 1,7 milyon tondan 2 milyon tonadək artırmağı hədəflədiklərini açıqlayıb