1 Mart 2021 16:44
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 1,6 milyard, qeyri-neft sektoru üzrə 146 milyon ABŞ dolları təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) ixrac icmalında məlumat verilib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 milyon ABŞ dolları və ya 3,7 faiz çoxdur.

2021-ci ilin yanvar-fevral aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (16,7 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (14,3 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı (10,2 milyon ABŞ dolları) üçüncü olub.

Cari ilin iki ayı ərzində meyvə-tərəvəz ixracı 37 milyon, pambıq lifi ixracı 14,3 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 13,8 milyon, kimya sənayesi məhsullarının ixracı 3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 7,8 milyon, pambıq ipliyi ixracı 3,2 milyon, spirtli və spirtsiz içkilərin ixracı 1 milyon, şəkər ixracı 1,5 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 1,7 milyon, çay ixracı 760 min ABŞ dolları təşkil edib.


Müəllif: Yeganə Oqtayqızı