4 Mart 2021 11:55
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gömrük orqanlarının heç bir fiziki müdaxiləsi və baxışı olmadan 4.3 milyard dollarlıq idxalın tam sərbəst şəkildə rəsmiləşdirilməsi həyata keçirilib”.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə bildirib.

O bildirib ki, sahibkarlar öz anbarlarından elektron gömrük bəyannamələri təqdim etməklə mallarını rəsmiləşdirir və eyni zamanda mallarını öz anbarlarına boşalda bilir:

“Gömrük terminallarında və logistik mərkəzlərdə əlavə xərclər ixtisara düşüb. Hesablamalarımız göstərir ki, xarici iqtisadi fəaliyyət iştirakçıları bu sistemin tətbiqindən sonra təxminən 25-30 milyon manat həcmində əlavə qənaət edə bilib”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər